SOCAR "Qalatasaray"a sponsor oldu

 20:23 11.07.2023     232

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "Qalatasaray" komandasının sponsoru olub.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında 3 illik müqavilə imzalanıb. Əməkdaşlıq 2023/2024 mövsümündən etibarən başlayacaq.

Anlaşmaya əsasən, İstanbul təmsilçisinin avrokuboklarda istifadə edəcəyi formaların sinə hissəsində SOCAR-ın adı yazılacaq.