Qarabağ Medinanı satmaqdan imtina etdi

 19:30 12.07.2023     296

“Qarabağ”ın müdafiəçisi Kevin Medinanın “Rizəspor”a keçidi baş tutmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə sportlife.az-a Türkiyə təmsilçisinin İdarə Heyətinin üzvü Hasan Yavuz Bakır məlumat verib.

O bildirib ki, bir müddət tərəflər arasında danışıqlar getsə də, oyunçunun keçidi alınmayıb:

“Medina 20 gün öncə gündəmimizdə idi. Ancaq “Qarabağ” onu buraxmadı. Hazırda həmin mövqeyə başqa oyunçu axtarırıq”.