Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçiləri arasında yer aldı

 20:29 12.07.2023     276

Dünyanın ən yaxşı 500 baş məşqçinin reytinq siyahısı açıqlanıb.

Redaktor.az xəbər verir ki, siyahıda yeganə Azərbaycan təmsilçisi Qurban Qurbanovdur.

Ağdamın “Qarabağ” klubunun baş məşqçisi son 4 ilin nəticələrinə əsasən tərtib olunan reytinq cədvəlində 199-cu pillədə qərarlaşıb. Əlli bir yaşlı mütəxəssisin hesabında 1595 xal var
Qurban Qurbanov ötən siyahı ilə müqayisədə beş pillə irəliləyib.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir.