"Neftçi"nin sabiq futbolçusu Afrikada oynayacaq

 13:50 13.07.2023     249

"Neftçi"nin sabiq futbolçusu Edson Kastilyo Cənubi Afrika Respublikasının "Kayzer Çifs" komandasına keçib.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, venesuelalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 29 yaşlı oyunçu "ağ-qaralar"ın formasını 2016/2017 mövsümündə geyinib. O, "Neftçi"nin heyətində 20 oyun keçirib.