"Qalatasaray"dan yeni TRANSFER
“Qalatasaray” növbəti transferini gerçəkləşdirib.
Redaktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Brentford”dan Halil Dervişoğlunu transfer edib.
Türkiyə millisinin 23 yaşlı hücumçusunun transferi üçün 500 min avro ödənilib. Futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rotterdam “Sparta”sının yetirməsi olan Halil 2020-ci ildə “Brentford”a transfer olunsa da, bu komandada möhkəmlənə bilməyib. O, “Tvente”, “Börnli” və “Qalatasaray”da icarədə oynayıb.