Duşan Tadiç "Fənərbaxça"da

 14:08 16.07.2023     256

"Ayaks"dan ayrılan Duşan Tadiç "Fənərbaxça"ya keçir.

Redaktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçi müqavilə imzalaaq üçün ötən gecə İstanbula gedib.

Qeyd edək ki, 34 yaşlı futbolçu 2018-ci ildən "Ayaks"da çıxış edirdi. Serbiya millisinin üzvü “Ayaks”ın heyətində ümumilikdə 241 oyun keçirib, 105 qol vurub.