PSJ-dən yeni transfer

 14:45 16.07.2023     253

PSJ hücum xəttini gücləndirir.

Redaktor.az xəbər verir ki, Paris klubu PSV-dən Xavi Simonsu heyətinə cəlb edir. İnsayder Fabritsio Romano 20 yaşlı yarımmüdafiəçinin artıq Fransaya yollandığı haqda məlumat yayıb.

2022-ci ildə məhz PSJ-dən PSV-yə keçən niderlandlı futbolçunun müqaviləsindəki bəndə görə Fransa klubu bu yay oyunçunu 6 milyon avroya geri ala bilər. PSJ bundan yararlanaraq sabiq futbolçusunu geri qaytarır.

Qeyd edək ki, Xavi Simons ötən mövsüm Eridiviziyada 34 oyuna 19 qol vurub, 9 qol ötürməsi edib.