Azərbaycan Paris-2024-ə daha bir lisenziya qazandı

 21:05 17.07.2023     247

Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Orxan Aslanov Fransanın paytaxtı Parisdə keçirilən Dünya çempionatında uzunluğa tullanma növündə (T13 kateqoriyasında) 4-cü yerə çıxıb.

Redaktor.az xəbər verir ki, idmançı 9,95 metr nəticə ilə bu sıranı tutub. Aslanov bununla da Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Qeyd edək ki, bundan öncə Lamiyə Vəliyeva, Oloxan Musayev və Səid Nəcəfzadə Paris-2024-ə lisenziya əldə ediblər.