“Avropa futboluna qayıtmayacağam, qapı tamamilə bağlıdır" - Ronaldo

 10:04 18.07.2023     322

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo bir daha Avropa futboluna qayıtmayacağını açıqlayıb.

Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, onun sözlərini jurnalist və insayder Fabrizio Romano öz tviter hesabında sitat gətirib.

“Avropa futboluna qayıtmayacağam, qapı tamamilə bağlıdır. 38 yaşım var və Avropa futbolu keyfiyyətini çox itirib. Yalnız Premyer Liqa bütün digər liqaları çox qabaqlayır", - Ronaldo deyib.

Bundan əvvəl, iyulun 14-də portuqaliyalı futbolçu Kriştiano Ronaldonun 2023-cü ildə dünyanın ən çox qazanan idmançısı olduğu bildirilirdi. 2022-ci il mayın 1-dən 2023-cü il mayın 1-dək olan müddətdə futbolçu vergilərdən əvvəl 136 milyon dollar qazanıb. Bundan əvvəlki 130 milyon dollarlıq rekord argentinalı Lionel Messi idi.

İyunun 2-də Kristiano Ronaldo növbəti mövsümdə Səudiyyə klubunda çıxışını davam etdirmək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, yaxın beş ildə Səudiyyə Ərəbistanı liqası dünyanın ilk beşliyinə daxil olacaq. Hazırda 38 yaşlı futbolçu ilə müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, 2022-ci ilin sonunda Ronaldonun Səudiyyə Ərəbistanından "Əl-Nəsr" ilə müqavilə imzaladığı və müqaviləyə əsasən ildə 200 milyon avro alacağı bildirildi. 

Turan İSMAYIL