Azərbaycanın basketbol yığması ilk matçda məğlub oldu

 19:32 19.07.2023     375

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Kosovanın paytaxtı Priştinadakı Avropa çempionatında ilk oyununu keçirib.

Redaktor.az xəbər verir ki, yığma C divizionunun B qrupunda Kipr kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının məğlubiyyəti ilə bitib - 51:65.

Milli növbəti matçını iyulun 21-də Ermənistana qarşı keçirəcək.