“Qarabağ”ın “Rakuv”la cavab matçının vaxtı məlum oldu

 13:52 20.07.2023     300

“Qarabağ” komandasının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa klubu “Rakuv”la cavab oyununun vaxtı müəyyənləşib.

Redaktor.az bildirir ki, komandalar avqustun 2-də növbəti raundun iştirakçısını müəyyənləşdirəcəklər.

Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 26-da Polşada olacaq.