Futbolçumuz Ermənistanla oyunda start heyətdə OLACAQ

 21:14 20.07.2023     263

"Eqnatiya" klubunda çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyada "Ararat-Armenia"ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda iştirak edəcək.

Redaktor.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayacaq.

Qeyd edək ki, qarşılaşma saat 22:00-da start götürəcək. İrəvanda 1:1 hesabı ilə bitən görüşdə Azərbaycan millisinin üzvü ikinci hissədə meydana daxil olmuşdu.