“Biz həmişə bunun mümkün olduğunu bilirdik" - Bekhem Messinin transferindən danışdı
Keçmişdə məşhur ingilis futbolçu olan "İnter Mayami"nin sahibi Devid Bekhem argentinalı hücumçu Lionel Messi ilə müqavilə imzaladığını elan edən məqamın çox emosional olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Bekhemin sözlərini CNN sitat gətirib.
“Biz həmişə bunun mümkün olduğunu bilirdik, amma danışmağa başlayanda Leonun müqaviləsi var idi və başqa komandada oynayırdı, ona görə də səbirli olmalıydıq. Bütün proses boyu səbir vacib idi”, – Bekhem bildirib.
Qeyd edək ki, iyul ayında MLS-dən "İnter Mayami" argentinalının pulsuz transferini elan edib.
Son iki ildə Messi PSJ-dı çıxış edib. Onun klubla müqaviləsi 2023-cü ilin iyun ayında bitib. Ümumilikdə Messi ötən mövsüm Fransa çempionatında 32 matçda 16 qol vurub, 16 məhsuldar ötürmə edib.
Bundan əvvəl o, 18 il "Barselona" klubunda olub və onunla on dəfə İspaniya çempionatının, yeddi dəfə İspaniya kubokunun və dörd dəfə Çempionlar Liqasının qalibi olub. Argentinalı yeddi dəfə “Qızıl top”u qazanıb.
Turan İSMAYIL