Məşhur oyunçu və xanımı qaçırıldı

 13:59 21.07.2023     389

PSJ-nin italiyalı qapıçısı Canluici Donnaruma və sevgilisi Alessia Elefantenin birlikdə yaşadığı ev qarət olunub.

Redaktor.az xəbər verir ki, hadisə iyulun 20-dən 21-nə keçən gecə baş verib. 

Futbolçu və sevgilisi evdə olublar. Soyğunçular ulduz qapıçı və Elefanteyə qarşı zorakı hərəkətlər edib onlardan 500 min avro pul alıblar. 

Bununla kifayətlənməyən qarətçilər futbolçunu və sevgilisini qaçırıblar. Lakin Donnaruma onların əlindən xilas olub və səhərə yaxın otellərin birinə sığınıb. Otel rəhbərliyi polisi çağırıb və italiyalı oyunçu ilə sevgilisini onlara təhvil veriblər. 

Hər ikisi xəstəxanaya yerləşdirilib. 

Soyğunçular isə hələ müəyyən edilməyib (qafqazinfo).