Mbappe mövsümöncəsi ilk qolunu vurdu

 22:57 21.07.2023     303

Kilian Mbappe PSJ-nin mövsümöncəsi ilk oyununda qol vurub.

Redaktor.az "Marca"ya istinadla xəbər verir ki, "Le Havre" ilə oyunda fransalı hücumçu 65-ci dəqiqədə meydana daxil olub və əlavə edilmiş vaxtda qol vurmağı bacarıb.

Nəşr qeyd edir ki, bu yay fransalı ilə bağlı bütün söz-söhbətlər meydançaya çıxanda ona təsir göstərməyib və o, bu gün bunu bu qolla göstərib.

Qeyd edək ki, matç 2:0 hesabı ilə PSJ-nin qələbəsi ilə başa çatıb.

Turan İSMAYIL