Messi debütünü gözəl qolla qeyd etdi - VİDEO

 12:05 22.07.2023     365

Argentinalı ulduz Lionel Messi yeni transfer olunduğu “İnter Mayami” klubundakı debütünü qolla qeyd edib.

Redaktor.az xəbər verir ki, o, Şimali Amerika Liqa Kubokunda Meksikanın “Krus Azul” klubu ilə matçda meydana çıxıb.

Messi 54-cü dəqiqədə oyuna daxil olub və 90+4-cü dəqiqədə cərimə zərbəsindən əla qolla komandasına qələbə qazandırıb.