Lionel Messinin ilk oyunu ABŞ televiziyasında rekorda imza atdı

 12:22 24.07.2023     246

Argentina millisinin futbolçusu Lionel Messinin "İnter Mayami"dəki debüt matçı ABŞ televiziyasında rekorda imza atıb.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, "Krus Asul"la oyunu 12,5 milyona yaxın tamaşaçı baxıb.

Bu isə tarixin ən yaxşı göstəricisidir.

Messi 90+4-cü dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasına 2:1 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, 36 yaşlı hücumçu Fransa PSJ-sindən MLS təmsilçisinə keçib.