“Əl-Hilal”dan Mbappe üçün fantastik təklif: Tarixin ən bahalı futbolçusu ola bilər

 15:25 24.07.2023     352

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Kilian Mbappe üçün PSJ-yə rekord təklif irəli sürüb.

Redaktor.az xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, klub fransalı ulduz üçün 300 milyon avro ödəməyə hazırdır. Bu keçid reallaşsa, futbol tarixinin ən bahalı transferi olacaq.

“Əl-Hilal” Fransa millisinin üzvü ilə danışıqlara başlamayıb. Mbappenin karyerasını Avropada davam etdirmək istədiyi bildirilir. PSJ isə əmindir ki, hücumçu “Real Madrid”lə razılığa gəlib.

Qeyd edək ki, futbol tarixində reallaşmış ən bahalı transfer Neymarın “Barselona”dan PSJ-yə keçididir. Fransızlar 2017-ci ildə braziliyalı üçün 222 milyon avro ödəyib.