Amerikalı boksçu Rusiya vətəndaşlığını almaq üçün rus qızla evlənmək istəyir

 22:49 24.07.2023     322

Amerikalı boksçu Kevin Conson Rusiya vətəndaşlığını almaq və həyatını Samara ilə bağlamaq istədiyini bildirib.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, boksçu bu barədə “Volqada boks” beynəlxalq görüş çərçivəsində rusiyalı Artem Suslenkovla döyüşdən dərhal sonra danışıb.

“İndi mən qız axtarıram. Bilirəm ki, Samaranın ən gözəl qızları var, ona görə seçmək çətin olacaq. Burada təbiət mənim ABŞ-dakı doğma şəhərimə mümkün qədər bənzəyir” - Conson deyib.

Boksçu etiraf edib ki, o, Volqada çox gözəl qadınlar görüb və bütün Samara qadınları onun ağlını başından ala bilərlər.

"Rusiyanın açıq yerləri xoşuma gəlir. Əgər Amerikada məhsullara GMO əlavə olunursa, burada belə deyil. Düzgün qidalanmaq mənim üçün vacibdir”, - o, əlavə edib.

Turan İSMAYIL