"Neftçi"nin yeni prezidenti təqdim olundu

 14:03 25.07.2023     394

“Neftçi” Peşəkar Futbol Klubunun (PFK) yeni prezidenti (baş icraçı direktoru) mediaya təqdim edilib.

Redaktor.az xəbər verir ki, Fərrux Mahmudov “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən təqdim olunub.

Rövşən Nəcəf Fərrux Mahmudova fəaliyyətində uğurlar arzulayıb.

F.Mahmudov klubun inkişaf istiqamətləri barədə məlumat verib: "Klubun fəaliyyəti ilə bağlı 4 istiqamət müəyyənləşdirilib. Bunlar idman tərəfi, doğru idarəetmə, maliyyə resursları, azarkeşlərlə düzgün kommunikasiyanın qurulmasıdır. Bütün bunlar təmin edildikdən sonra klubun fəaliyyətində dönüş yaranacağına ümid edirik" (report).

Vumart və Güvən reklamı Vumart Güvən