Daha bir ölkə Rusiya komandası ilə oynamaqdan imtina etdi
Mali Futbol Federasiyasının mətbuat xidməti 2023-cü ilin sentyabrında Rusiya millisi ilə yoldaşlıq oyunu keçirməkdən imtina etdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Sport24" məlumat yayıb.
Qurum nümayəndəsinin sözlərinə görə, gələcəkdə belə bir görüşün keçirilməsi mümkündür.
“Sentyabrda Fil Dişi Sahili komandası ilə oynayacağımız üçün Rusiya komandası ilə oyun təşkil edə bilməyəcəyik.
Amma gələcəkdə komandalarımız arasında oyun təşkil etmək tamamilə mümkündür. Ola bilsin ki, bu məsələ ilə bağlı danışıqlar aparılsın”, - deyə Mali millisinin mətbuat xidməti bildirib.
Qeyd edək ki, Rusiya və Mali milliləri tarixlərində heç vaxt rəsmi oyunlarda qarşılaşmayıblar.
Mali millisinin əsas uğuru 1972-ci ildə Afrika Millətlər Kubokunun gümüş medalıdır.
Xatırladaq ki, bundan əvvəl Misir yığması Rusiya yığması ilə oyun keçirməkdən imtina etmişdi.
Turan İSMAYIL