"Sumqayıt" Türkiyə klubuna uduzdu

 20:31 26.07.2023     304

Yeni mövsümün hazırlıqlarını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" sonuncu yoxlama oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi qardaş ölkə çempionatının I Liqasında çıxış edən "Ərzurumspor"la qarşılaşıb.

"Yüksek İrtifa" məşq mərkəzinin stadionunda baş tutan görüş rəqibin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

"Sumqayıt"ın hər üç qolunun müəllifi yeni transferi Erik Sorqa olub.