Fərid Qayıbov "Qəbələ"nin avrokubok oyununu canlı izləyəcək

 20:23 27.07.2023     298

Gənclər və idman naziri Fərid Qayıbov Qəbələdə səfərdədir.

Redaktor.az xəbər verir ki, nazir "Qəbələ" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa baxacaq.

O, "qırmızı-qaralar"ın prezidenti Fariz Nəcəfovla birlikdə tribunada əyləşib.

Qeyd edək ki, Qəbələ şəhər stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq (report).