Ukraynalı idmançı ilə bağlı qalmaqal böyüyür
Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) ukraynalı Olqa Harlanla bağlı qalmaqal ərəfəsində döyüşdən sonra idmançıların davranış qaydalarını yenidən yazmaq üçün təcili iclas keçirib.
Redaktor.az "Suspilne Sport"a istinadla xəbər verir ki, bunu Ukrayna millisinin baş məşqçisi Nataliya Konrad deyib.
FIE Milanda keçirilən dünya çempionatında ukraynalı və rusiyalı qılıncoynadanlar arasında baş verən toqquşmada baş verə biləcək anlaşılmazlıqlara xüsusi şəkildə hazırlaşıb. Funksionerlər Ukrayna nümayəndələrinin mövqe tutmasını qeyri-mümkün etmək üçün qaydalara gizli dəyişikliklər ediblər.
"Həqiqətən, qaydalarda belə bir şey var ki, döyüşdən sonra "salam" vermək və əl sıxmaq lazımdır. Amma, məsələn, COVID-19 qaydaları qüvvədə olanda bir insana toxunmaq kifayət idi. Bu, FIE qaydaları ilə təsdiqlənib. Bildiyimə görə, dünən FİE-nin fövqəladə iclası olub və onlar bu barədə heç kimə demədən bu qaydanı ləğv ediblər”, - Konrad izah edib.
Xatırladaq ki, ukraynalı Olqa Xarlan dünya çempionatının başlanğıcında rusiyalı Smirnovanı inamla məğlub edib (15:7). Lakin yarışdan sonra o, ənənəvi əl sıxma ritualından əl çəkib. Rusiyalı idmançı isə Harlanın diskvalifikasiya edilməsini tələb edib.
Hakimlər rusiyalı qılıncoynatıcının etirazını rədd etdiyi üçün təcrübəli ukraynalı növbəti mərhələyə adlayıb. Lakin onun bolqar İliyeva ilə dueli baş tutmayıb. Yarışın təşkilatçıları Rusiya Federasiyasından olan rəqibinə hörmətsizlik etdiyi üçün Harlanı diskvalifikasiya ediblər.
Turan İSMAYIL