Azərbaycanlı futbolçu Bolqarıstan klubunda qol hesabını açdı
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov bu yay transfer olunduğu Bolqarıstanın “Arda” komandasında qol hesabını açıb.
Redaktor.az-ın məlumatına görə, 20 yaşlı müdafiəçi yerli “Etar”la yoldaşlıq oyununda fərqlənib.
21-ci dəqiqədə rəqib qapısına yol tapan gənc oyunçu matçdakı ilk qolun müəllifi olub.
Qeyd edək ki, qarşılaşma “Arda” klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.