Ronaldo ardıcıl beş oyundur qol vura bilmir

 10:27 29.07.2023     318

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində ardıcıl 5-ci matçında qol vura bilməyib.

Redaktor.az "gazeta.ru"ya istinadən xəbər verir ki, sözügedən komanda Ərəb Klubları Çempionlar Kuboku matçında “Əş-Şabab”la heç-heçə edib.

Ronaldo da bu görüşün iştirakçısı olub. O, 62-ci dəqiqədə meydana çıxıb və qol vura bilməyib. Görüş 0:0 hesabı ilə başa çatıb.

Qışda “Əl-Nəsr”ə keçən Ronaldo komandanın heyətində bütün turnirlərdə 19 oyuna çıxıb, 14 qol vurub, iki məhsuldar ötürmə edib.