İki boksçumuz Avropa üçüncüsü oldu

 11:35 29.07.2023     212

Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri baş tutub.

Redaktor.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Ardıcıl 3 döyüşünü qələbə ilə başa vuran Elbrus Kərimli (54 kq) 1/2 finalda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gəlib. Rəqib qələbə qazandığından Azərbaycan təmsilçisi yarışı bürünc medalla başa vurub.

Qızların mübarizəsində isə İlkanə Əhmədova (+80 kq) Avropa birinciliyini 3-cü pillədə bitirib. Rumıniyalı Denisa Manu ilə döyüşdə uduzan boksçu bürünc medalla kifayətlənib.

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyində final döyüşləri iyulun 30-da keçiriləcək.