"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

 20:53 29.07.2023     360

“Qarabağ”ın Çempionlar Liqasınn 2-ci təsnifat mərhələsində “Rakov”la cavab oyunu üçün artıq 15.500 bilet satılıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.

Satış məntəqələri:

İticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu.