Messi, Bekhem və Buskets birlikdə nahar etdi - FOTO

 09:48 31.07.2023     260

ABŞ-ın “İnter Mayami” klubunun sahibi Devid Bekhem, komandanın yeni transferi, argentinalı superulduz Lionel Messi və ispan yarımmüdafiəçi Serxio Buskets birlikdə nahar edib.

Redaktor.az xəbər verir ki, onlar ailələri ilə birlikdə Mayamidəki restoranların birində görüşüblər.

Naharda Devid Bekhemin xanımı, məşhur model Viktoriya Bekhem, Messinin xanımı Antonella Rakkuzzo və Busketsin xanımı Elena Galera da olub.

Görüntüləri isə Viktoriya Bekhem öz instaqram hesabında paylaşıb: