MDB oyunlarında bayraqdarımız müəyyənləşdi

 20:47 31.07.2023     308

Azərbaycan komandasının Belarusun paytaxtı Minskdə keçiriləcək II MDB oyunlarında bayraqdarı müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, açılış mərasimində bu vəzifəni çimərlik futbolu üzrə milli komandanın üzvü Elşad Manafov yerinə yetirəcək.

Qeyd edək ki, II MDB Oyunları avqustun 4-dən 14-dək Belarusun 11 şəhərində təşkil olunacaq.