Azərbaycanın yunan-Roma güləşçisi finala yüksəldi
Azərbaycanın yunan-Roma güləşçisi Yusif Əhmədli Türkiyənin İstanbul şəhərində start götürən U-17 dünya çempionatında finala yüksəlib.
Redaktor.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda özbəkistanlı İslambek Kərimcanova 12:4 hesabı ilə qalib gəlib. Həlledici görüşdə onun rəqibi Zaur Beslekoyev (AİN) olacaq.
48 kq-da çıxış edən Elnar Ziyadov və 80 kq-da mübarizə aparan Elmin Əliyev isə bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaqlar. Onlar müvafiq olaraq, Maksim Bradyak (AİN) / Haruka Şiina (Yaponiya) cütünün qalibi və Erik Matevosyan (Ermənistan) ilə qarşılaşacaqlar.
Qeyd edək ki, dünya çempionatı avqustun 6-dək davam edəcək.