Mahir Emreli Çempionolar Liqasında qol vurdu

 18:53 02.08.2023     248

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Zaqreb “Dinamo”sunda növbəti qolunu vurub.

Redaktor.az-ın məlumatına görə, hücumçu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Qazaxıstan “Astana”sının qapısına yol tapıb.

O, 24-cü dəqiqədə fərqlənməklə hesabı açıb.