Bakı klubu Qvineyadan futbolçu transfer etdi
“Zirə” yeni futbolçu ilə anlaşıb.
Redaktor.az xəbər verir ki, Bakı təmsilçisi Salifu Sumanı Fransanın “Havr” klubundan transfer edib.
19 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Qvineyadan olan futbolçu karyerası ərzində ölkəsinin “Kalum”, Fransanın “Bastiya” və “Havr” klublarının şərəfini qoruyub.