"Qarabağ” ÇL-də mübarizəni DAYANDIRDI
“Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununu keçirib.
Redaktor.az-ın məlumatına görə, Azərbaycan çempionu Polşada 2:3 hesabı ilə məğlub olduğu “Rakuv” klubunu Bakı Olimpiya Stadionunda qəbul edib.
Nisbətən sönük keçən qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb.
Hesabı gözlənilmədən fasilədən sonra qonaqlar açıblar. Fran Tudor 52-ci dəqiqədə qüvvətli zərbə ilə uzaq küncü dəqiq nişan alıb. Lakin polşalıların üstünlüyü çox çəkməyib. 60-cı dəqiqədə Redon Cica yaxın məsafədən rəqibi mərkəzə dəvət edib.
“Qarabağ”ın qalan dəqiqələrdəki təzyiqi bir nəticə vermədiyindən, oyun 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə “Rakuv” turnirdə mübarizəni davam etdiribsə, Azərbaycan təmsilçisi Avropa Liqasına yuvarlanıb.
Qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsindəki rəqib HİK (Finlandiya) - “Molde" (Norveç) cütünün qalibi olacaq.
Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.
****
21:23
“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.
Redaktor.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada Azərbaycan çempionu hesabı bərabərləşdirib - 1:1.
60-cı dəqiqədə Redon Cica yaxın məsafədən dəqiq zərbə ilə rəqibi mərkəzə dəvət edib.
****
21:15
“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
Redaktor.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 52-ci dəqiqədə qonaq komandanın futbolçusu Fran Tudor olub.
****
21:07
“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
Redaktor.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutan görüşün ilk yarısından sonra hesab açılmayıb.
****
20:50
“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.
Redaktor.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda gerçəkləşən görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
***
20:00
"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxır.
Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Polşa "Rakov"u ilə qarşılaşır. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayıb. Bu komandalar arasında ilk matç Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Mərhələ adlamaq üçün Qurban Qurbanovun komandası 2 top fərqi ilə qalib gəlməlidir.
Qeyd edək ki, "Qarabağ"/ "Rakov" (Polşa) cütünün güclüsü 3-cü mərhələdə Kipr "Arisi" ilə qarşılaşacaq. Bu cütün məğlubu isə mübarizəni Avropa Liqasında davam etdirəcək və HİK (Finlandiya) / “Molde" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.
2 avqust
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu
20:00. "Qarabağ" - "Rakov" (Polşa) - 0:0 (Birinci hissə)
Baş hakim: Sven Yablonski (Almaniya)
Bakı Olimpiya Stadionu
İlk oyun - 2:3