Üzgüçümüz dünya çempionatında üçüncü medalını qazandı

 22:15 02.08.2023     327

Azərbaycan para-üzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında 3-cü medalını qazanıb.

Redaktor.az-ın məlumatına görə, üçqat paralimpiya çempionu 50 m sərbəst üzmə növündə 24.40 saniyə nəticə göstərərək üçüncü yeri tutub.

Qeyd edək ki, Raman Saley daha əvvəl 100 metr məsafəyə arxasıüstə üzmə növündə gümüş, eyni məsafəyə "butterfly" üsulunda üzmədə isə bürünc medala sahib çıxıb.