Messi "İnter Mayami"də növbəti qollarını vurdu

 14:08 03.08.2023     320

Argentinalı hücumçu Lionel Messi "Orlando Siti"yə qarşı iki qol vuraraq "İnter Mayami"yə Şimali Amerika Liqa Kubokunun 1/8 final mərhələsində qalib gəlməyə kömək edib.

Redaktor.az xəbər verir ki, bu görüşdə ilk dəqiqələrdən argentinalı Lionel Messi, ispaniyalı yarımmüdafiəçi Serxio Buskets, eləcə də ukraynalı mərkəz müdafiəçisi Sergey Krivtsov oynayıb. Daha sonra 64-cü dəqiqədə ispaniyalı cinah müdafiəçisi Xordi Alba onlara qoşulub.

Argentinalı Robert Taylorun cərimə meydançasına endirdiyi zərbədən 7 dəqiqə sonra hesabı açıb. Lakin “Orlando Siti”nin futbolçusu Sezar Arahu tez bir zamanda tarazlığı bərpa edib.

"İnter"in növbəti qolu isə penaltidən Martines vurub. 72-ci dəqiqədə isə Messi Martinezin ötürməsindən sonra küncə dəqiq zərbə endirib.

İnter Mayami 3:1 Orlando Siti

Qollar: Messi, 7, 72, Martinez, 51, (penalti) - Araujo, 17

Qeyd edək ki, bununla da, Lionel Messinin "İnter Mayami"də vurduğu qolların sayı 5-ə yüksəlib.

Turan İSMAYIL