Üzgüçümüz dünya çempionatında qızıl medal qazandı

 22:45 04.08.2023     370

Azərbaycan üzgüçüsü Raman Salei dünya çempionatının qızıl medalını qazanıb.

Redaktor.az xəbər verir ki, üzgüçümüz, 3 qat paralimpiya çempionu Raman Salei Mançesterdə keçirilən dünya çempionatında 100 m sərbəst üzmə növündə 53.32 s nəticə göstərib.

Bununla da o, yarışın qızıl medalına sahib olub.