Azərbaycan Premyer Liqasında mövsümün ilk qolu vuruldu
Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk qolu vurulub.
Redaktor.az-ın məlumatına görə, “siftə”ni “Araz-Naxçıvan”la “Turan Tovuz” arasında keçirilən açılış oyununda qonaq komanda edib.
Görüşün 53-cü dəqiqəsində Martin Petkov fərqlənib. Bolqarıstanlı hücumçu ilk qolun müəllifi olmaqla komandasını hesabda önə keçirib.
Qeyd edək ki, I turun ilk qarşılaşması “Dalğa Arena”da keçirilir.