“Çelsi” İspaniya millisinin qapıçısını 20 milyon avroya transfer etdi

 14:23 05.08.2023     264

İngiltərəninÇelsiklubu 20 milyon avroya qapıçı transfer edib.

Redaktor.az-ın London təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, İngiltərənin digər təmsilçisi “Brayton”un üzvü Robert Sançes heyətə cəlb olunub.

25 yaşlı futbolçu “zadəganlar”la 7 illik müqavilə imzalayıb. İspaniya millisinin üzvü uğurlu çıxış edərsə, “Brayton” daha 5 milyon avro bonus qazanacaq.

Qeyd edək ki, Robert Sançes 2022/2023 mövsümündə “Brayton”un heyətində 25 oyuna çıxıb, 30 qol buraxıb. O, 2021-ci ildən İspaniya yığmasına çağırılır.