Bakıda həndbolçu qızların Avropa çempionatının açılış mərasimi keçirildi

 19:22 05.08.2023     275

Bakıda 17 yaşadək həndbolçu qızlar arasında Avropa çempionatının açılış mərasimi keçirilib.

Redaktor.az-ın məlumatına görə, tədbir Bakı İdman Sarayında təşkil olunub.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov və Avropa Həndbol Federasiyasının nümayəndəsi Ştefan Lövqren iştirak ediblər.

Onlar çıxışlarında Azərbaycanda həndbolun inkişaf etdiyini, Avropa çempionatının Bakıda təşkil olunmasından məmnun olduqlarını bildiriblər. Qonaqlar iştirakçı komandalara yarışda uğurlar arzulayıblar.

Dövlət Himni səsləndirildikdən sonra tədbir bədii hissə ilə davam etdirilib.

Azərbaycanın U-17 yığması qitə birinciliyində ilk görüşünə bu gün çıxacaq. Millinin Gürcüstanla matçı saat 18:30-da başlayacaq.

Qeyd edək ki, avqustun 13-dək davam edəcək qitə çempionatında Azərbaycan, Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan milliləri A qrupunda, İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları isə B qrupunda mübarizə aparırlar.