Azərbaycanın həndbol yığması ilk oyununda məğlub oldu

17 yaşadək həndbolçu qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil edilən Avropa çempionatında ilk oyununu keçirib.
Redaktor.az-ın məlumatına görə, U-17 mübarizəyə Gürcüstana qarşı görüşlə start verib.
Bakı İdman Sarayında baş tutan qarşılaşmada qonaq komanda üstün olub. Görüş Gürcüstan seçməsinin 39:13 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisinin yer aldığı A qrupunun digər oyununda Sloveniya seçməsi Bosniya və Herseqovinaya 41:27 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan yığması qrupda ikinci oyununu avqustun 6-da Sloveniyaya qarşı keçirəcək. Qarşılaşma saat 18:00-da başlayacaq.