Millimiz Minskdə bürünc medal qazandı

 22:17 05.08.2023     470

Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycanın millisi II MDB Oyunlarında bürünc medal qazanıb.

Redaktor.az xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri komandası buna çoxnövçülük proqramında nail olub.

Qeyd edək ki, yarış Belarusun paytaxtı Minskdə keçirilir.