Güləşçimiz dünya çempionu OLDU

 22:56 05.08.2023     530

Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Yusif Dursunov Türkiyənin İstanbul şəhərində keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatının qalibi olub.

Redaktor.az-ın məlumatına görə, idmançı 110 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, müvafiq olaraq özbəkistanlı Eldorbek Xasanov (11:0), gürcüstanlı Aleksandr Abramişvili (4:1), ermənistanlı Henrik Haykyan (6:2) və qazaxıstanlı Yedige Kassimbeki (4:2) məğlub edərək, dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, Yusif Dursunov iyunda Albaniyanın paytaxtı Tiranada Avropa çempionatının qalibi olub.