Cüdoçumuz xəstələndiyi üçün turnirdə iştirak etməyəcək

 23:48 05.08.2023     329

Azərbaycan millisinin cüdoçusu Zelim Kotsoyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Masters turnirində iştirak etməyəcək.

Federasiyadan Redaktor.az-a verilən məlumata görə, buna səbəb 25 yaşlı idmançının xəstələnməsi olub.

100 kq çəki dərəcəsində mübarizə aparmalı olan Kotsoyev yüksək hərarəti və öskürəyi olduğundan, yığmanın baş həkiminin təqdimatı, baş məşqçinin və məşqçilər heyətinin qərarı ilə yarışa çıxmayacaq.

Cüdoçunun müalicəsinə artıq başlanılıb.