"Neftçi" məğlub oldu

 19:38 06.08.2023     345

Azərbaycan Premyer Liqasında 1-ci turun oyunları keçirilir.

Redaktor.az xəbər verir ki, “Kəpəz” ilk tur çərçivəsində “Neftçi”ni sınağa çəkib.

Əzəli rəqiblər Gəncədə üz-üzə gəliblər. Meydan sahibləri bu görüşdə sürpriz qələbəyə seviniblər.

Tur Bakıda “Sabah” və “Qəbələ” komandaları arasında keçiriləcək oyunla tamamlanacaq.

Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Araz-Naxçıvan”ı 3:0, “Sumqayıt” “Səbail”i 4:1, “Zirə” isə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.