Azərbaycan millisinin hücumçusu "Bazel"ə qol vurdu

 20:16 06.08.2023     326

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov çıxış etdiyi İsveçrə "Qrasshopper"ində növbəti qolunu vurub.

Redaktor.az-ın məlumatına görə, 24 yaşlı hücumçu evdə "Bazel"ə qarşı keçirilən ölkə çempionatının III tur oyununda fərqlənib.

Forvard 37-ci dəqiqədə - hesab 2:1 komandasının xeyrinə olarkən rəqib qapısına yol tapıb. Bu, ilk hissədə vurulmuş sonuncu qol olub.

Qeyd edək ki, hazırda görüşdə fasilədir. "Qrasshopper" ilk hissədən sonra hesabda öndədir - 3:1.