Azərbaycan Premyer Liqasında ilk tura darmadağınla yekun vuruldu
Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub.
Redaktor.az-ın məlumatına görə, bağlanış oyununda "Sabah" klubu "Qəbələ"ni qəbul edib. "Bank Respublika Arena"da keçirilən matçda meydan sahibləri 5:0 hesablı qələbə qazanıb.
Qolları 21-ci dəqiqədə Emmanuel Apeh, 36-cı dəqiqədə Anatoli Nuriyev, 45-ci dəqiqədə Aleksey İsayev, 56-cı dəqiqədə Coy Lens Mikels və 79-cu dəqiqədə Tellur Mütəllimov vurublar.
Bu qələbədən sonra 3 xalı olan "Sabah" vurulan qolların sayına görə liderliyə yüksəlib. Xalı olmayan "Qəbələ" isə buraxılan topların sayına görə sonuncu pillədə yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı 3:0, "Sumqayıt" "Səbail"i 4:1, "Zirə" "Qarabağ"ı, "Kəpəz" isə "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.