Oxatanlarımız Belarusda keçirilən turnirə uğurla başladı
İkinci MDB oyunları çərçivəsində Belarusun Moqilyov şəhərində kamandan oxatma üzrə yarışlara start verilib. Təntənəli açılış mərasimində şəhər qubernatoru və rəsmilər çıxış edib, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Redaktor.az xəbər verir ki, ölkəmiz bu turnirdə 2 qız və 3 oğlanla təmsil olunur.
Oxatanlarımız turnirə uğurla başlayıblar. Belə ki, yarışın ilk günü idmançılar sıra atışlarını yerinə yetiriblər və yekun nəticədə komanda yarışlarını kişilər 4-cü yerdə, Mix komanda yarışlarını isə 3-cü yerdə bitiriblər.
Kişilər arasında komanda yarışında Muhammədəli Əliyev 8-ci, Anar Cavadzadə 15-ci və Zahid Kazımzadə 18-ci yerdə olub. Qadınlar arasında Fatimə Hüseynli 8-ci, Sevin Qəhrəmanzadə 15-ci yerdə olub.
Mix komanda yarışında Muhammədəli Əliyev və Fatimə Hüseynli 3-cü yeri tutub.