İki boksçumuz bürünc medal qazandı

 23:55 07.08.2023     387

Azərbaycanın iki qadın boksçusu Belarusda keçirilən ll MDB Oyunlarında medal qazanıb.

Redaktor.az-ın məlumatına görə, 48 kq-da çıxış edən Lalə Mədətova və 52 kq-da mübarizə aparan Nərmin Əlizadə bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, boks üzrə Azərbaycan yığmaları yarışda 16 idmançı ilə təmsil olunur.