Cüdoçumuz Avropa çempionu oldu

 14:16 08.08.2023     333

Azərbaycan para-cüdoçusu Şəhanə Hacıyeva Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Redaktor.az-a verilən məlumata görə, idmançı 48 kq çəki dərəcəsində birinci yeri tutub.

Bu, Azərbaycan yığmasının qitə birinciliyində əldə etdiyi ilk medaldır.